AZ

Şərəf və qürur tariximiz

Bakı. Trend:

Azərbaycan xalqının dövlətçilik tarixinin qəhrəmanlıq və şərəfsalnaməsi olan 44 günlük Vətən müharibəsinin başlanmasından 5 ilötür. 2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttindətörətdiyi təxribatlardan sonra başlanan bu savaş ilk gündənPrezident İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan SilahlıQüvvələrinin yüksək döyüş qabiliyyətinin, hərbçilərimizinvətənpərvərliyinin və xalqımızın milli-siyasi birliyinintəntənəsinə çevrildi.

Bunu Trend-əMilli Məclisin deputatı Xanlar Fətiyev deyib.

O bildirib ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimitanısa da, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildəErmənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindənçıxarılması barədə 4 qətnamə qəbul edilsə də, respublikamız 30 iləyaxın bir müddətdə ikili standartlarla və beynəlxalq ədalətsizlikləüz-üzə qaldı:

"BMT həmin qətnamələrin tələblərinin Ermənistan tərəfindənyerinə yetirilməsi ilə bağlı heç bir mövqe ortaya qoymadı və yalnıztərəfləri sülhə çağıran deklorativ fikirlərlə kifayətləndi. Ocümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin həlliistiqamətində irəliyə doğru bir addım atmadılar.

Bütün bunlara baxmayaraq Azərbaycan xalqı torpaqlarımızın azadediləcəyinə olan inamını itirmədi. Hələ ötən əsrin 90-cı illərində,Azərbaycanın beynəlxalq mövqelərinin indiki qədər güclü olmadığıbir şəraitdə Ulu Öndər Heydər Əliyev danışıqlar prosesindərespublikamızın haqlı mövqeyini və milli maraqlarını qətiyyətləqorudu".

Bu siyasəti qətiyyətlə davam etdirən Prezident İlham Əliyevrespublikamıza rəhbərliyinin ilk günündən torpaqlarımızın işğaldanazad edilməsini öz fəaliyyətini başlıca prioriteti kimimüəyyənləşdirdi. 2003-cü il oktyabrın 31-də keçirilən andiçməmərasimində etdiyi çıxışda Prezident İlham Əliyev nəyin bahasınaolursa olsun torpaqlarımızın işğaldan azad olunacağını bəyanetdi:

“Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyonqaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazibütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə,torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamıbilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibəninyenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həlliniistəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir.Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azadedəcəkdir”.

Xanlar Fətiyev bildirib ki, Azərbaycan dövləti Qarabağprobleminin sülh yolu ilə həllinə çalışdı, ATƏT-in Minsk qrupununvasitəçiliyi ilə aparılan danışıqlar prosesində fəal iştiraketdi.

"Eyni zamanda Prezident İlham Əliyev hər zaman onu da açıqşəkildə bəyan etdi ki, sülh danışıqları nəticəsiz qalarsa,torpaqlarımız müharibə yolu ilə işğaldan azad olunacaq. Bu məqsədləSilahlı Qüvvələrimizin döyüş imkanlarının artırılması istiqamətindəgenişmiqyaslı tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevinmüdrik siyasətinin nəticəsi olaraq respublikamızın iqtisadiyüksəlişi və maliyyə imkanlarının artması ən müasir silah vətexnikaların Silahlı Qüvvələrimizin arsenalına daxil edilməsinəimkan verdi. Hələ Vətən müharibəsindən illər əvvəl keçirilən hərbiparadlar Azərbaycanda həyata keçirilən modern hərbi quruculuqdanxəbər verirdi. O cümlədən 2016-cı ilin Aprel döyüşləri və 2018-ciilin Günnüt əməliyyatı onu deməyə əsas verirdi ki, SilahlıQüvvələrimiz işğalçını döyüş meydanında məhv etməyə qadirdir.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başverən proseslər, Azərbaycanın işğal olunmuş ərazilərində xaricdənköçürülən ermənilərin məskunlaşdırılması, Qarabağdakı separatçırejimin əməlləri, baş nazir N.Paşinyanın Qarabağın Ermənistanərazisi olması barədə səsləndirdiyi sərsəm fikir və 2020-ci ildəErmənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətindəhəyata keçirdiyi təxribat danışıqlar prosesinin artıq mənasızolduğunu ortaya qoydu.

Ermənistanın növbəti hərbi təxribatının nəticəsi olaraq 2020-ciilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı«dəmir yumruq» əməliyyatı ilk gündən düşmənin darmadağın edilməsiilə nəticələndi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilətorpaqlarımızın azad edilməsi uğrunda tarixi missiyasının icrasınabaşlayan ordumuz düşmənin onilliklər boyu möhkəmləndirdiyi və«Ohanyan səddi» adlandırdığı bir neçə mərhələli müdafiə xəttinibirinci həmlədə yardı. Döyüşlərin ilk günü Füzuli və Cəbrayılrayonlarının bir neçə kəndinin işğaldan azad edilməsi müharibəninAzərbaycanın zəfəri ilə başa çatacağından xəbər verirdi".

Millət vəkili qeyd edib ki, 44 gün davam edən savaşda ordumuzhər gün irəli getdi, hər gün torpaqlarımız işğaldan azadolundu:

"Elə bir döyüş olmadı ki, bölmələrimiz geri çəkilsin. Xalqımızhər gün cənab Prezident İlham Əliyevin şəhər və rayonlarımızın azadolunması barədə müjdəsini gözlədi. Müzəffər Ali Baş Komandanınteleviziya vasitəsilə Cəbrayılın, Suqovuşanın, Hadrutun, Füzulinin,Zəngilanın, Qubadlının işğaldan azad olunmasını bəyan etməsixalqımız tərəfindən bayram coşqusu ilə qarşılandı. Mədəniyyətimizinbaş ünvanı, Qarabağın mirvarisi Şuşanın 2020-ci il noyabrın 8-dəazad olunması isə Vətən müharibəsinin gedişatında həlledici mərhələoldu. Məhz bundan sonra Ermənistanın rəhbərliyi Prezident İlhamƏliyevin şərtlərini qəbul edərək, kapitulyasiya aktını imzaladı.2020-ci il noyabr ayının 10-da imzalanan və Azərbaycanın Vətənmüharibəsindəki qələbəsinin siyasi-hüquqi təsdiqi olan ÜçtərəfliBəyanata uyğun olaraq ordumuz bir güllə də atmadan Ağdam, Kəlbəcərvə Laçın rayonlarını da işğaldan azad etdi".

Deputat əlavə edib ki, böyük qürur hissi ilə qeyd etməliyik ki,Vətən müharibəsi günlərində yalnız xalqımız deyil, bütün dünyaPrezident, Ali Baş Komanadan İlham Əliyevin qətiyyətli və cəsarətlisiyasətinə şahidlik etdi.

"Məlum olduğu kimi döyüşlərin getdiyi 44 gün ərzində və ondansonra Ermənistanın qatı müdafiəçisi rolunda çıxış edən Fransa başqaolmaqla müxətlif siyasi mərkəzlər tərəfindən respublikamıza qarşıtəzyiqlərin edilməsinə cəhdlər göstərildi, təhdidlər yağdırıldı.Hətta Fransanın təşəbbüsü ilə BMT-də Azərbaycana qarşı sənədinqəbul edilməsinə cəhd edildi. Lakin Prezident İlham Əliyevqətiyyətli siyasəti ilə bütün bu cəhdləri puça çıxardı,respublikamıza qarşı beynəlxalq səviyyədə diplomatik cəbhəninyaradılmasına imkan vermədi. O cümlədən dövlətimizin başçısımüharibə günlərində xarici KİV-ə verdiyi müsahibələrlə infomasiyasavaşında da Ermənistanı və Fransanı məğlubiyyətə uğratdı.

Heç bir müharibə qansız, qadasız ötüşmür. 44 günlük Vətənmüharibəsində döyüşən bütün hərbçilərimiz öz qəhrəmanlıqları iləvətənpərvərlik dastanları yazdılar, torpaqlarımızın azadlığıuğrunda canlarından keçdilər, şəhidlik mərtəbəsinə yüksəldilər.Xalqımız şəhidlərin ölməz xatirəsini hər zaman uca tutur, onlarıhər zaman ehtiramla anır. Prezident İlham Əliyevin 2020-ci il 2dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsindəqəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad ediləntorpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolundacanlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizədərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si AzərbaycanRespublikasında Anım Günü kimi qeyd edilir.

Bu günlərdə Azərbaycanın bütün bölgələrində şəhidlərimizehtiramla yad olunur. Hər birimiz torpaqlarımızın azadlığı uğrundacanlarından keçən qəhrəmanların əziz xatirəsi önündə baş əyirik.Torpaqlarımızın işğaldan azad olunması, o cümlədən Qarabağda erməniseparatizminə son qoyulması və bütün ərazilərimiz üzərində millisuverenliyimizin bərpa edilməsi ilə həm də bütün şəhidlərimizinqisası alındı, onların qanı yerdə qalmadı.

27 sentyabr Anım Gününü xalqımız qürurla qarşılayır. Prezidentİlham Əliyevin liderliyi ilə 2020-ci ilin məhz bu tarixindəntorpaqlarımızın azadlığı uğrunda başlanan hərbi mübarizə öz məntiqisonluğuna uğurla çatıb. Artıq torpaqlarımız azaddır, ərazibütövlüyümüz isə tam bərpa olunub. Qələbələrimizin və uğurlarımızınmüəllifi olan Prezident İlham Əliyev bu gün həm də regionda sülhübərqərar edir", - deyə Xanlar Fətiyev əlavə edib.

Seçilən
47
4
az.trend.az

2Mənbələr