
Bu gün biz, bir millət olaraq – tariximizin ən şərəfli, eyni zamanda ən kədərli səhifələrindən birini yad edirik. 27 sentyabr Anım Günü, Azərbaycan xalqının azadlıq və haqq uğrunda verdiyi mübarizənin, şəhidlik zirvəsinə yüksələn minlərlə igidimizin xatirəsinin yaşadıldığı gündür.44 günlük Vətən müharibəsində, eləcə də Qarabağın azadlığı uğrunda aparılan bütün döyüşlərdə canından keçən qəhrəmanlarımızın hər biri bu torpağın şanlı tarixinin qızıl hərflərlə yazılan səhifələridir.
Onlar ölümsüzlük qazandılar. Onların qanı ilə sulanan bu torpaq bu gün azaddır.
27 sentyabr Anım Günü, Vətən uğrunda canından keçən igidlərin ruhunun yaşadıldığı və millət olaraq birliyimizin simvoluna çevrilmiş gündür.
44 günlük Vətən müharibəsi təkcə hərbi yox, həm də mənəvi qələbəmiz idi – çünki xalq, ordu və rəhbərlik bir amal uğrunda birləşdi. Şəhidlərin müqəddəs qanı ilə suvarılan torpaqlar bu gün azaddır və bu azadlıq əbədi olacaq.
Qazandığımız zəfər təkcə düşmənə deyil, dünyaya da Azərbaycan iradəsinin, gücünün və birliyinin göstəricisi oldu.
Şəhidlər, siz sadəcə sevdiklərinizin yox, bütöv Azərbaycan xalqının övladlarısınız. Sizin canınız bahasına bu xalq azad nəfəs alır, bu bayraq ucalarda dalğalanır. Ruhunuz qarşısında baş əyirik!
Qəhrəmanlar ölməz, Vətən bölünməz! Ruhunuz şad olsun!R.DaşdəmirovaULUSUM.AZ
Diqqət Çəkənlər
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Ağ Evdə tarixi sammit
Samiraldo: “Kişi olmaq ailəsinə qulluq etməkdir, amma cəmiyyət məndən başqa obraz istəyir”