AZ

Bu ərazilərdə qaz olmayacaq

Bakı şəhəri Xətai rayonunun bəzi küçələrinə təbii qazın verilişi dayandırılacaq.Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Xətai rayonunun Cavanşir küçəsində siyirtmənin quraşdırılması ilə əlaqədar, sentyabrın 29-da saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində rayonun Cavanşir, Sadıqcan, 8 Noyabr küçəsinin bir hissəsində, həmçinin Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Seçilən
15
29
anews.az

10Mənbələr