AZ

Şəkidə 65 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb

Şəkidə 65 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baş layısqı kəndində baş verib. Kənd sakini 65 yaşlı Allahyar Hümbət oğlu Şirinov yaşadığı kəndin ərazisində qoz ağacından ehtiyatsızlıqdan yıxılıb. Bədbəxt hadisə zamanı ağır xəsarət alan A. Şirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. A. Şirinov bu gün səhər saatlarında aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
18
4
apa.az

5Mənbələr