AZ

Baş prokurorun Özbəkistana səfəri

Özbəkistana rəsmi səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Daşkənddə keçirilən 6-cı iclasında iştirak edib.

Baş prokuror çıxışında ekologiya və ətraf mühitin qorunması sahəsində qanunun aliliyinin təmin olunmasında prokurorluq orqanlarının roluna toxunaraq, ekoloji cinayətlərin qlobal problemə çevrildiyini vurğulayıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər, xüsusilə də COP29-un Bakıda uğurla təşkil olunması və “Baku Call to Action” təşəbbüsünün qəbul edilməsinin regional və beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli hüquqi əsas yaratdığı diqqətə çatdırılıb.

Tədbir çərçivəsində “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 6-cı iclasının Daşkənd Bəyannaməsi” qəbul olunub.

XQ

Seçilən
9
xalqqazeti.az

1Mənbələr