AZ

Anım Günü münasibətilə II Şəhidlər Xiyabanı ziyarət edilir

Bu gün Vətən müharibəsinin başlamasından 5 il ötür.

Kulis.az APA-ya istinadən xəbər verir ki, xəbər verir ki, səhər saatlarından başlayaraq Vətən müharibəsi şəhidlərini yad etmək üçün II Şəhidlər Xiyabanı ziyarət edilir.

Anım Günü ilə əlaqədar Vətən uğrunda şəhid olanların yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də sadə vətəndaşlar şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq xiyabanı ziyarət edir, məzarları önünə əklil və gül dəstələri qoyur.



Xatırladaq ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il 27 sentyabr tarixində başlayıb. Nəticədə Qarabağ işğaldan azad edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Seçilən
12
7
kulis.az

10Mənbələr