AZ

AzMDF-in anbarı yanır

Xəbər verildiyi kimi, Abşeronda anbarda güclü yanğın baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FED.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yayılan məlumatlara görə, yanğın "Avrora" şirkətinin Avrora Sənaye Parkında baş verirb. "Avrora" şirkəti bu məlumatın yalan olduğunu bildirib.

Əldə edilən məlumata görə, AzMDF şirkətinə məxsus anbar yanır. Qeyd edək ki, AzMDF şirkətinin anbarları müxtəlif şirkətlərə icarəyə verilib. 

Seçilən
65
4
fed.az

4Mənbələr