AZ

Rusiya Şahlar Novruzova qarşı iddia qaldırdı

Rusiya Baş Prokurorluğu Tuapse kommersiya limanının sahibi və keçmiş benefisiarlarına qarşı iddia qaldırıb.

Turkustan.az lent.az-a istinadən xəbər verir ki, cavabdehlər sırasında Kubandakı Azərbaycan diasporunun nümayəndəsi, Tuapsedəki yükləmə terminalının və “Stary Baku” (“Köhnə Bakı”) restoranının sahibi Şahlar Novruzov, həmçinin Britaniya Virgin Adalarında qeydiyyatdan keçmiş “Voniksel Limited” şirkəti yer alır.

Bu şirkət “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin 100%-lik təsisçisidir və liman da cavabdehlər siyahısındadır.

Qeyd edək ki, 1 sentyabrda Krasnodar məhkəməsi Ş.Novruzov barəsində həbs qətimkan tədbiri seçib. 60 yaşlı Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı mənimsəməyə cəhddə ittiham olunur. Bildirilib ki, o, özgə aktivlərini qanunsuz ələ keçirmək məqsədilə guya Azərbaycanda bağlanmış saxta nikah şəhadətnaməsini Prikubanski rayon məhkəməsinə təqdim edib.

Seçilən
8
6
turkustan.az

8Mənbələr