AZ

Tibbdə yeni mərhələ: Saç telindən incə mikromotorlar

Göteborq Universitetinin tədqiqatçıları insan saçından da nazik olan mikromotorlar hazırlayıblar.

E-saglam.az xəbər verir ki, bu barədə məlumat Science Daily nəşrində dərc olunub.

Ənənəvi mexanizmlərdən fərqli olaraq, bu mikromotorlar mexaniki deyil, işıq vasitəsilə hərəkətə gəlir. Diametri cəmi bir neçə on mikrometr olan bu miniatür qurğular birbaşa mikrosxemlərin üzərində yaradılır. Lazer şüası ilə işıqlandırıldıqda motorlar fırlanmağa başlayır — fırlanma sürəti işığın parlaqlığından, istiqaməti isə onun polarizasiyasından asılı olur.

Alimlər bildirirlər ki, bu texnologiya sayəsində mikroskopik səviyyədə dəqiq idarəetmə mümkün olur. Gələcəkdə bu mikromotorlar:

orqanizm daxilində dərman daşımaq,

hüceyrə səviyyəsində cərrahiyyə əməliyyatları aparmaq,

mikronasos, mini klapan və ya dəqiq dozalanan dərman ötürmə sistemləri kimi istifadə edilə bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu yenilik tibb sahəsində əsl inqilab yarada bilər. Yeni texnologiya daha effektiv və təhlükəsiz müalicə üsullarının inkişafına imkan verir və orqanizmin daxilində birbaşa fəaliyyət göstərən cihazlarla müasir tibbin imkanlarını köklü şəkildə genişləndirə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
3
1
e-saglam.az

3Mənbələr