AZ

Travmatoloqlarımız Çindən qayıdıb

Azərbaycanla Çin arasında əlaqələr Prezident İlham Əliyevin bu ölkəyə səfəri və iki ölkə arasında VİZA rejimi ləğv olunduqdan sonra günbəgün artır.

Ötən həftə azərbaycanlı travmatoloqlar Pekində keçirilən “Beynəlxalq Artoplastika Seminarı– 2025”-də iştirak etmək üçün Çində işgüzar səfərdə olublar. Seminara qatılan travmatoloqlar konfransda, həmçinin çıxış etmək imkanı əldə ediblər.

Travmatoloq Sənan Aşırov Pekin səfərində diqqətçəkən məqamlardan və Bakıya hansı yenilikləri gətirəcəyi barədə açıqlamasında bildirib:

– Pekin səfərimizdə biz müxtəlif təlimlərdə iştirak etdik. Revizion diz, bud–çanaq endoprotez əməliyyatlarının Robotik Naviqasiyanın dəstəyi ilə icra edilməsi texnologiyası ilə tanış olduq. Bu təlimlərin əsas məqsədi mürəkkəb revizion əməliyyatlarda daha dəqiq texniki bacarıqlar əldə etmək və robotik cərrahiyyənin verdiyi üstünlükləri klinik praktikaya tətbiq etməkdir. Səfər zamanı bizə, eyni zamanda, Pekin Universitetinin professor heyəti ilə əməliyyatlarda birbaşa iştirak şansı da yarandı.

Çin bu gün tibbdə texnologiya, kompüterləşmə və marketinqi ilə çox irəlidədir. Təqdim olunan robotik naviqasiyada həkim əvvəlki qaydada əməliyyatını icra edir, sadəcə robotun köməyilə ilə kəsilmə, yonulma və s. millimetr dəqiqliyi ilə hesablanır, ölçülür. Burda artıq gözəyarı işləmək, texniki səhv qeyri-mümkündür.

Sənan Aşırov açıqlamasının sonunda bildirib ki, bu texnologiyaları Azərbaycana gətirməyin zamanı yetişib. Və tezliklə Bakı Sağlamlıq Mərkəzinə bu texnologiya gətiriləcək.

Z.HÜSEYNLİ
XQ

Seçilən
7
xalqqazeti.az

1Mənbələr