AZ

Pezeşkian məcburi hicaba qarşı çıxıb –"İnsanların seçim hüququ var"

İran prezidenti Məsud Pezeşkian NBC News telekanalına müsahibəsində qadınların hicaba məcbur edilməsinə qarşı çıxıb.

AzPost bildirir ki, Pezeşkian cümə günü NBC Nightly News kanalının aparıcısı Tom Lamasa müsahibə verib. O, üç il əvvəl İranın əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü ümummilli etirazlara səbəb olmuş Mahsa Amini ilə bağlı sualı cavablandırarkən deyib: “İnsanların seçim hüququ var”.

“Bizim daxili problemlərimizi düzgün idarə etmədik və həyata keçirmədik”, -deyə o əlavə edib.

O, həmçinin dünyanın qalan hissəsinin vəziyyəti şişirtdiyini deyib: “Əlbəttə, hər bir insan həyatı qiymətlidir. Ancaq Livanda, Qəzzada, Fələstində, Yəməndə, Suriyada hər gün yüzlərlə insan ölür və heç kim gözünü qırpmır? Niyə? Onlar insandan aşağıdırlar?”

Müsahibə canlı aparılıb.

 

AzPost.az

Seçilən
7
7
azpost.info

8Mənbələr