AZ

“Fəlsəfəm mənim” – poetik hikmət axtarışı

Respublika Gənclər Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Rafiq Ələkbərin “Fəlsəfəm mənim” adlı kitabının təqdimatı olub.

Tədbirdə yazıçı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli, “Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, tibb elmləri üzrə fəlsəfə doktoru Alim Şıxəliyev, şair, yazıçı Hikmət Məlikzadə, “Çapar” nəşriyyatının baş redaktoru Dilqəm Əhməd, “Söz” qəzetinin baş redaktoru, şair Arif Musa, elm, mədəniyyət və mətbuat nümayəndələri iştirak ediblər.

AYB-nin üzvü, şairə Xatirə Fərəcli şairin həyat və yaradıcılığı, müxtəlif illərdə işıq üzü görən kitabları, layiq görüldüyü təltif və mükafatlar haqqında danışıb.

Məclisdə şairin poetik yaradıcılığı, sənət özəllikləri, tərcümə edilən yaradıcılıq nümunələri haqqında müzakirələr aparılıb, yaradıcılığı müxtəlif aspektlərdən geniş təhlil olunub. Bildirilib ki, ötən əsrin 80-ci illərindən bədii fəaliyyətə başlayan Rafiq Ələkbər yaradıcılığının ana xəttini türkçülük və turançılıq, Vətənə və torpağa bağlılıq təşkil edib.

Sonda şair Rafiq Ələkbər yeni şeirlərini səsləndirib.

R.İLQAR
XQ

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr