AZ

Dünya çempionatında 2 qızıl medal

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı başa çatıb. 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmiz 10 güləşçi ilə təmsil olunub.

Ülviyyə Musayeva (55 kq) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nihad Süleymanlı (80 kq) da eyni uğura imza atıb. Yarımfinalda İran, finalda isə Gürcüstan güləşçisinə heç bir şans tanımayan həmyerlimiz qızıl medalı qazanıb.

Finalın bir addımlığında iranlı rəqibinə məğlub olan Elgün Kərimli (90 kq) moldovalı həmkarı üzərində 5:0 hesablı qələbə qazanaraq dünya üçüncüsü olub.

Beləliklə, güləşçilərimiz mundialda 2 qızıl və 1 bürünc medal qazanıblar. Oğlanlardan ibarət komanda 62 xal toplayaraq dünya üçüncüsü olub. Cəmi 2 qızdan ibarət heyət isə 25 xalla Moldova və Puerto-Riko ilə 4-6-cı yerləri bölüşüb.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
0
14
xalqqazeti.az

10Mənbələr