AZ

Premyer Liqada VI tur

Dünən Misli Premyer Liqasında VI tura start verilib.

Açılış matçında “Zirə” Quba Olimpiya İdman Kompleksində “İmişli” ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb. Beləliklə, bu görüşdən sonra bakılıların 12, bölgə təmsilçisinin isə 8 xalı var.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Qəbələ”ni qəbul edib. Ölkə çempionları qonaqları 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 10-a çatdırıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
1
xalqqazeti.az

1Mənbələr