Sentyabrın 28-də Bakıdan III MDB Oyunlarının açılışının keçiriləcəyi Gəncəyə əlavə qatar reysi təyin olunub.
Publika.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, Bakıda Gəncəyə təyin olunan əlavə reys saat 13:00-da Bakıdan çıxacaq və saat 16:56-da Gəncə dəmiryol vağzalında olacaq.