AZ

Bu gün "Neftçi"nin oyunu var

Bu gün Misli Premyer Liqasının VI turunda daha iki oyun baş tutacaq.

Modern.az xəbər verir ki, əvvəlcə "Şamaxı" doğma azarkeşlər önündə "Araz-Naxçıvan"ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəşad Əhmədov idarə edəcək.

Günün son matçı Bakıda keçiriləcək. "Neftçi" Karvan-Yevlax"ı qəbul edəcək. Bu qarşılaşma saat 19:00-da start götürəcək.

Misli Premyer Liqası

I dövrə, VI tur

27 sentyabr.

15:30. "Şamaxı" – "Araz-Naxçıvan"

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Ceyhun Haşımov.

Şamaxı şəhər stadionu

19:00. "Neftçi" – "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı.

VAR: Fərid Hacıyev.

AVAR: Vüqar Həsənli.

Hakim-inspektor: Babək Quliyev.

"Neftçi Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə edib - 1:1. "Qarabağ" isə "Qəbələ" ni məğlub edib - 2:0. VI tura sentyabrın 28-də yekun vurulacaq.

Seçilən
15
5
modern.az

10Mənbələr