AZ

Türkiyə XİN Anım Günü ilə bağlı paylaşım edib

Türkiyənin Xarici İşlər Nazirliyi 27 Sentyabr Şəhidlərin Anım Günü ilə bağlı paylaşım edib.

Operativ Media  xəbər verir ki, qurumun rəsmi "X" hesabındakı paylaşımda deyilir:

"Qarabağ uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarını rəhmət və ehtiramla yad edirik. İnanırıq ki, davamlı sülhə doğru atılan tarixi addımlar bölgəmizdə bu fədakarlıqların irsi üzərində qurulmuş sülh və rifahı təmin edəcəkdir. "Bir millət, iki dövlət" devizi ilə şəhidlərimizin müqəddəs irsi hər zaman qəlbimizdə yaşayacaqdır".

Seçilən
7
7
operativmedia.az

10Mənbələr