AZ

Rusiyada ard-arda baş vermiş müəmmalı ölümlər – Putinə yaxın adamlara nə olur? – FOTO

Rusiyada son günlər ard-arda baş verən müəmmalı ölümlər ölkə gündəmini silkələyib.

Həm siyasət, həm də bürokratiya dünyasında tanınmış adların bir-birinin ardınca müəmmalı şəkildə həyatını itirməsi, ictimaiyyətdə ciddi suallar doğurur.

Putin tərəfdarı kimi tanınan, 43 yaşlı iş adamı və Dövlət Dumasının deputatı Vitali Kapustin yol kənarında hündür bir ağacda, əlləri arxadan bağlı vəziyyətdə ölü tapılıb. Şahidlərinin sözlərinə görə, meyit elə yüksəkdə idi ki, onun oraya özünün çıxması “mümkün görünmürdü”. Hadisə ilə bağlı istintaq başladılıb.

Kapustinin ölümündən cəmi bir gün əvvəl, Sankt-Peterburq Nəqliyyat İdarəsinin keçmiş rəhbəri Aleksandr Fedotov Moskvanın Sheremetyevo Hava Limanı yaxınlığında yerləşən dəbdəbəli oteldə cansız halda aşkarlanıb. Fedotovun ötən il qəfil istefasının FSB araşdırmaları ilə əlaqəli olduğu və həmçinin yaxınlarda vəzifədən alınmış sabiq Nəqliyyat naziri Roman Starovoyt ilə yaxın münasibətləri olduğu iddia edilir.

Fedotovdan əvvəl isə Sankt-Peterburqdakı Ermənistan Konsulluğunda keçmiş gömrük rəhbəri Boris Avakyanın kəsilmiş biləklərlə ölü tapılması ölkə gündəmini sarsıtmışdı. Avakyanın ölümü ilə bağlı “özünəqəsd yoxsa qətl?” sualları hələ də cavabsızdır.

Ötən həftə isə müdafiə sənayesi ilə əlaqəsi olan zavod rəhbəri Aleksandr Tyunin silahla vurulmuş halda ölü tapılmışdı.

Bir-birinin ardınca baş verən bu hadisələr Rusiya cəmiyyətində şübhələri artırır. Analitiklər və müşahidəçilər bu ölümləri həm iqtisadi maraq toqquşmaları, həm də siyasi təzyiqlərlə əlaqələndirirlər.

Milli.Az

Seçilən
10
1
editor.az

2Mənbələr