AZ

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb

27 Sentyabr - Anım Günü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki, saat 12:00-da Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.

Seçilən
12
46
ikisahil.az

10Mənbələr