AZ

Faciəvi şəkildə ölən müğənninin son görüntüləri – VİDEO

Türkiyəli müğənninin faciəvi şəkildə ölməsi ilə bağlı məlumat vermişdik.

Güllü adı ilə tanınan Gül Tut qızı evinin terrasındaykən yıxılaraq dünyasını dəyişib.

Hadisədən dərhal sonra yaxınlarının təşviş içində yaşadığı panika anları binanın təhlükəsizlik kamerasına əks olunub.

Mərhum sənətçinin cənazəsi ailəsi tərəfindən təhvil alınıb və dəfn olunmaq üçün İstanbul şəhərinə aparılıb.

Qeyd edək ki, əsl adı Gül Tut olan müğənni 1973-cü ildə İstanbulun Kasımpaşa səmtində anadan olub. 1990-cı illərdən musiqi sahəsinə addım atan ifaçı “Oyuncak Gibi”, “Kırılsın Ellerim” və “Sevdalım” kimi mahnılarla tanınıb. “Kasımpaşalı Güllü” ləqəbi ilə məşhurlaşan sənətçi özünəməxsus ifa tərzi, səsi və səmimi üslubu ilə geniş tamaşaçı kütləsinin sevgisini qazanmışdı.  (Milli.Az)

Seçilən
15
7
editor.az

9Mənbələr