AZ

Abşeronda yanan obyekt bu tanınmış şirkətin imiş -

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarların birində güclü yanğın baş verib. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.Metbuat.az-ın məlumatına görə, yanğın baş verən anbar "Sham Fi" şirkətinə məxsusdur. Qeyd edək ki, 2004-cü ildən fəaliyyətə başlayan "Sham Fi" şirkəti "Belous", "Dr. Korner", "Kirlangic", "Borjomi", "President" kimi tanınmış markaların Azərbaycandakı distribütorudur. Şirkətin əsas fəaliyyət istiqamətləri distribusiya və logistikadır.

Zaur Əliyev / Metbuat.az

Seçilən
34
6
metbuat.az

8Mənbələr