AZ

Xankəndi, Ağdərə və Xocalıda şəhidlərin xatirəsi anıldı FOTOLAR

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

27 Sentyabr – Anım Günü münasibətilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Globalinfo.az bildirir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, saat 12:00-da ölkənin bütün bölgələrində olduğu kimi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında bir dəqiqəlik sükut elan edilib.

Anım dəqiqəsi zamanı şəhər və rayonların mərkəzi küçələrində avtomobillərin və piyadaların hərəkəti dayandırılıb, nəqliyyat vasitələri siqnallar verib.

Qeyd edək ki, bu ənənə şəhidlərimizin əziz xatirəsinə ehtiramın və xalqımızın birliyinin rəmzi kimi qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
12
globalinfo.az

10Mənbələr