AZ

ƏSLA ÖDƏNİLMƏYƏCƏK BORC!... Sonsuz minnətdarlıq və əbədi ehtiramla

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Onlar düşmənin yalnız illərlə qurduğu istehkamlarını dağıtmadılar, həm də onların iyrənc təkəbbürünü məhv etdilər, düşməni mütiyə çevirdilər, hər mənada əzdilər!

İsmayıl İsmayılbəyli

"AzPolitika.info"-nun baş redaktor müavini

Bu gün - Sentyabrın 27-si Azərbaycan tarixinin həm ən ağrılı, həm də ən qürurlu günlərindən biridir. Bu gün biz Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı anır, onlara olan borcumuzu bir daha dərk edirik.

Borc deyirik... amma yaxşı bilirik ki, bu borcun qarşılığı yoxdur, onların qəhrəmanlığını heç bir qiymətlə, heç bir təşəkkürlə ölçmək olmaz. Onların bizə qoyub getdiyi əmanət – suverenliyi tam bərpa edilmiş VƏTƏN, azad Qarabağ torpaqları, ölkənin hər qarşında qürürla dalğalanan Azərbaycan bayrağıdır!

30 ilə yaxın işğal altında qalan Qarabağ torpaqlarını azad etmək üçün Azərbaycan övladları canlarını qurban verdilər. Xocalı soyqlrımı, Zəngəzurda, Kəlbəcərdə, Şuşada, Ağdabanda, Malıbəylidə ermənilərin törətdikləri qətliamları illərlə xalqımızın qəlbində qisas hissi kimi yaşayırdı. Bu qisası almaq, ədaləti bərpa etmək üçün şəhidlərimiz qanlarını sipər etdilər.

Onlar düşmənin yalnız illərlə qurduğu istehkamlarını dağıtmadılar, həm də onların İYRƏNC TƏKƏBBÜRÜNÜ, lovğalığını, himayədarlarına arxalanan özgüvəni MƏHV etdilər! Yalnız işğalın zəncirlərini qırmadılar, həm də düşməni MÜTİYƏ çevirdilər, onu hər mənada ƏZDİLƏR, tariximizin ƏN ŞANLI səhifəsini yazdılar!

Onların hər biri adı əbədiyyətə yazılan QƏHRƏMANLARDIR!

Hər biri şəhadəti ilə bütöv bir milləti ayağa qaldıran, Vətən uğrunda canından keçən igid sərkərdə general-mayor Polad Həşimov UCALIĞINDADIR!.

Hər biri təkbaşına düşmən ordusunu qorxuya salan, qəhrəmanlıq anlayışının canlı təcəssümü Milli Qəhrəman Mübariz İbrahimov QÜDRƏTİNDƏDİİR!

Hər biri yoldaşlarını xilas etmək üçün irəli atılan, əliyalın belə düşmənin zabitlətrini məhv edən, canını torpaq uğrunda fəda edərək ölməzlik zirvəsinə ucalan igid döyüşçü Pəncəli Teymurovun CƏSARƏTİNDƏDİR!

Hər biri döyüş meydanında oxuduğu nəğmələrlə bütün bir millətə güc verən, şəhidliyə gedərkən belə Vətən sevgisini dilə gətirən qəhrəman Xudayar Yusifzadə kimi VƏTƏNƏ BAĞLIDIR!

Uunutmayaq: bu gün adları çəkilən, çəkilməyən minlərlə şəhidimiz də eyni qəhrəmanlığın, eyni şücaətin rəmzidir. Hər bir şəhidimiz Polad Həşimov kimi əzəmətli, Mübariz İbrahimov kimi qorxmaz, Pəncəli Teymurov kimi fədakar, Xudayar kimi vətənpərvərdir.

Onu da unutmayaq ki, bu torpaqların azadlığı uğrunda canını qurban verməyə hazır olan, lakin sağ qalan qazilərimiz də var. Onlar öz sağlamlıqlarını, həyatlarını Azərbaycan üçün fəda etdilər. Qazilərimiz şəhidlərimizn silahdaşları, onların canlı davamçılarıdır. Onlara olan borcumuz da əbədidir!

Bu gün şəhidlərimizin məzarları önündə yenidən baş əyirik. Ancaq yaxşı bilirik ki, şəhidlərin bizdən istədiyi tək şey Vətənin daim UCA olmasıdır! Bizim üzərimizə düşən ən böyük vəzifə – onların canı bahasına azad etdiyi torpaqları qorumaq, daha güclü, daha firavan, daha ədalətli Azərbaycan qurmaqdır!

Şəhidlərimizin qanı ilə suvarılan Qarabağ torpaqları bu gün üçrəngli bayrağımızla bəzənib. Onların ruhunu daim şad etmək üçün bu bayraqların artıq heç vaxt enməməsini, daim qürurla dalğalanmasını təmin etməık artıq bizim NAMUS BARCUMUZDUR!

Unutmayaq ki, ŞƏHİDLLƏR həyatdan köçsələr də, ölmədilər. “Şəhid olanlara “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”, - deyə bildirilir müqəddəs kitabımız “Qurani - Kərim”də . Onların özləri Allah dərgahında, adları hər bir şərəfli Azərbaycan türkünün qəlbində, bayrağımızın hər rəngində, hər dağın zirvəsində, hər daşın yaddaşında yaşayır. Onlar adlarını tariximizə qızıl hərflərlə yazıblar.

Onların qəhrəmanlığı, fədakarlığı nəsillərə örnək olacaq. Hər bir Azərbaycan övladı böyüyərkən şəhidlərimizin dastanlarını eşidəcək, onların ruhunu özündə daşıyaraq deyəcək: ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azpolitika.info

1Mənbələr