AZ

Rus ordusu bu 4 istiqamətdə irəliləyib

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutkada cəbhədə 160 döyüş toqquşması baş verib.

Qeyd olunub ki, Rusiya ordusu müxtəlif bölgələrdə yerləşən dörd yaşayış məntəqəsi istiqamətində müəyyən irəliləyiş əldə edib. Bunlara Donetsk vilayətində Yampol, Dnepropetrovsk vilayətində Berzovoye və Kalinovskoye, həmçinin Zaporojye vilayətində Olqovskoye və Novoivanovka yaxınlıqları daxildir.

Baş Qərargahın 26 sentyabr tarixli hesabatında bildirilir ki, ən çox döyüşlər Pokrovsk, Liman, Toretsk və Novopavlovsk istiqamətlərində qeydə alınıb.

Məlumata görə, gün ərzində rus ordusu 1 raket və 50 aviazərbə endirib, 2000-dən çox kamikadze dron tətbiq edib və Ukrayna mövqelərinə ümumilikdə 3277 artilleriya atəşi açıb.

Xüsusilə Yampol istiqamətində ruslar irəliləməyə cəhd göstərsə də, Ukrayna müdafiə qüvvələri hücumları dəf edib. Nəticədə 156 rus hərbçisi sıradan çıxarılıb, onlardan 94-ü məhv edilib. Bundan əlavə, Ukrayna qüvvələri 9 ədəd avtomobil, 1 artilleriya sistemi və 19 pilotsuz uçuş aparatını məhv edib, daha bir artilleriya sistemi və 8 düşmən sığınacağı isə ciddi zədələnib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
azpolitika.info

1Mənbələr