AZ

Qanvermə aksiyası keçirilib

Bakı. Trend:

“Bir damla qan, min ümidə can” devizi ilə təşkil olunan qanverməaksiyasında sahibkarlar və şirkət əməkdaşları fəal iştirakediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İşadamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgətəşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, MilliHematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankınıntərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.

27 sentyabr - Anım Günü ilə bağlı təşkil olunmuş “Bir damla qan,min ümidə can” devizi ilə qanvermə aksiyası Bakı şəhəri üzrə “BakıKOB evi”, Respublika Qan Bankı və “Məlhəm Beynəlxalq Hospital”datəşkil olunub. Tədbirə qoşulan sahibkarlar və şirkət əməkdaşları,eləcə də KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri qan verib.Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədənyoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qangötürülüb.

Artıq ikinci dəfə təşkil olunan aksiya bu il daha geniş miqyasdabaş tutub. Belə ki, qanvermə aksiyası 25–26 sentyabr tarixlərindəBakı ilə yanaşı, Şəki, Lənkəran və Xaçmazda da təşkil olunub.

Aksiyada ümumilikdə Bakı və regionlar daxil olmaqla 800-ə yaxınşəxs qan verib. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı,həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadəolunacaq.

Qeyd edək ki, ötən il aksiya çərçivəsində 500-ə yaxın şəxs qanverib.

Qanvermə
Qanvermə
Qanvermə
Qanvermə
Qanvermə
Qanvermə
Qanvermə
Qanvermə
Seçilən
9
8
az.trend.az

9Mənbələr