AZ

“Şamaxı” “Araz Naxçıvan”ı büdrədə biləcəkmi?

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun daha iki oyunu keçiriləcək. Msport.az xəbər verir ki, “Şamaxı” doğma divarlar arasında “Araz Naxçıvan”ı qəbul edəcək.

10 xalla 4-cü yeri tutan Elmar Baxşıyevin komandası səfərdən qələbə ilə dönsə, 1-ci pilləyə yüksələcək.

Günün ikinci matçında “Karvan Yevlax” “Neftçi”nin qonağı olacaq. Ötən tur səfərdə “Sumqayıt”ı məğlub edən “ağ-qaralar”da əhval-ruhiyyə daha yaxşıdır.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

27 sentyabr

15:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər:
 Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu

19:00. “Neftçi” – “Karvan”
Hakimlər:
 Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
“Neftçi Arena”

28 sentyabr

16:30. “Turan Tovuz” – “Kəpəz”

19:00. “Sabah” – “Sumqayıt”

26 sentyabr

“İmişli” – “Zirə” – 1:1

“Qarabağ” – “Qəbələ” – 2:0

 

Seçilən
6
msport.az

1Mənbələr