AZ

“AzərEnerji”də Anım Günü ilə bağlı tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

27 Sentyabr – Anım Gününün beşinci ildönümü münasibətilə“AzərEnerji” və “Azərişıq”ASC-lərin rəhbərliyi və kollektiv üzvləriZəfər Abidəsini ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yadediblər.

Eyni zamanda “AzərEnerji”nin Baş idarəetmə, elm və tədriskompleksində Anım Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirşəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövləthimninin səsləndirilməsi ilə başlayıb.

Çıxışlarda qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan44 günlük Vətən müharibəsi xalqımızın tarixinə ən şanlı səhifə kimiyazılıb.

Məlumat verilib ki, müharibədə “AzərEnerji”nin 183 əməkdaşıiştirak edib. Onlardan 2 nəfər şəhidlik zirvəsinə ucalıb, 9 nəfərqazi olub, 172 nəfər dövlət tərəfindən medallarla təltif edilib.Bundan başqa, 12 əməkdaşın ailə üzvü şəhid olub.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı “AzərEnerji”kollektivinin bütün üzvləri gecə-gündüz çalışaraq ölkənin fasiləsizenerji təchizatını təmin ediblər. Düşmən ordusunun stratejiobyektlərə, o cümlədən Mingəçevirdəki “Azərbaycan” İstilik ElektrikStansiyasına və bəzi yarımstansiyalara hücumlarına baxmayaraq,enerji sistemi sabit saxlanılıb.

“AzərEnerji”də
“AzərEnerji”də
“AzərEnerji”də
“AzərEnerji”də
Məqalədə:
Seçilən
7
6
az.trend.az

10Mənbələr