AZ

Bəzi məktəblərdə pul yığılmasına nazirdən reaksiya

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması hallarına münasibət bildirib. 

News24.az xəbər verir ki, nazir bu haqda jurnalistlərin suallarını cavablandırıb.

"Azərbaycanda 4400 məktəb və 1600 bağça fəaliyyət göstərir.  Bəzi orta məktəblərdə pul yığılması halları aşkarlanıb. Bütün bu hallarla bağlı araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb. Bizim yanaşmamız ondan ibarətdir ki, bu məsələ həm medianın, həm də ictimaiyyətin diqqətində olmalıdır", - deyə nazir bildirib. 

Emin Əmrullayev əlavə edib ki, Elm və Təhsil Nazirliyi hüquq-mühafizə orqanı deyil: 

"Nazirlik tənzimləyici qurumdur və hər bir halda qanun pozuntusuna reaksiya verir. Mənə elə gəlir ki, məktəblərdə qanun pozuntuları bizim cəmiyyətin bu davranışın qəbuledilməz olduğunu anlayana qədər davam edəcək. Yəni biz bu prosesi hamı ilə birlikdə etməliyik ki, məktəbdaxili qaydalara hamı riayət etsin".  (APA) 


Seçilən
81
22
news24.az

10Mənbələr