AZ

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb

27 sentyabr - Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da saat 12:00-da canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

Qeyd edək ki, səhər saatlarından başlayaraq muxtar respublikanın şəhər və rayonlarında Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anır, məzarları üzərinə tər güllər düzürlər.

 

 

Seçilən
8
xalqqazeti.az

1Mənbələr