AZ

Hülya Koçyiğit Azərbaycana belə təşəkkür etdi - FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində Bakıda Türkiyənin tanınmış simaları ilə birgə görüş keçirilib.

Tədbirin xüsusi qonağı isə Türkiyə kinosunun canlı əfsanəsi, “Yeşilçam” ulduzu, məşhur aktrisa Hülya Koçyiğit olub. Onunla yanaşı, tanınmış aktyorlar Berk Oktay, Anıl Altan və Duyğu Sönmez də bu görüşdə iştirak ediblər.

Musavat.com xəbər verir ki, Bakı səfərini yekunlaşdıran Hülya Koçyiğit sosial media hesabında səmimi paylaşım edərək Azərbaycan xalqına sevgisini ifadə edib:

“Türkiyə-Azərbaycan Türk Film Günlərində məni böyük səmimiyyətlə qarşılayan əziz azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Türkiyə və Azərbaycan olaraq mədəniyyət və sənət bağlarımızı dəstəkləyən və möhkəmləndirən hər bir layihənin sonuna qədər yanındayam. Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Yenidən görüşmək ümidi ilə, sizi çox sevirəm”.

Xalidə Gəray
Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr