AZ

Aktauda Beket ata Mırzaqulunun 275 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Sentyabrın 25-də Türk Mədəniyyəti və İrsi Fondu və Mangistau vilayətinin akimatının birgə təşkilatçılığı ilə Aktau şəhərində keçirilən görkəmli sufi mürşidi və maarifçi Beket ata Mırzaqululunun 275 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Publika.az xəbər verir ki, tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın layihə menceri Talqat Muxanov iştirak edib, qurumun həyata keçirdiyi mədəni layihələr, xüsusilə türk xalqlarının ortaq irsinin araşdırılması və təbliği istiqamətində görülən işlər barədə məlumat verib. O, Bəket ata Mırzaqululunun irsinin türk dünyasının mənəvi birliyində mühüm rol oynadığını vurğulayıb və bu irsin beynəlxalq elmi ictimaiyyət tərəfindən daha geniş öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir “Aktau – 2025-ci ilin Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramı çərçivəsində baş tutur. Konfransda Bəket atanın zəngin mənəvi-fəlsəfi irsi, onun türk dünyasının mədəniyyətində rolu, eləcə də Oqlandı və Qədim Beyneudakı müqəddəs yeraltı məscidlərin qorunması və təbliği actual məsələlər sırasındadır.

Konfrans türk dövlətləri alimlərinin və beynəlxalq elmi mərkəzlərin nümayəndələrinin iştirakı ilə elm və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə, həmçinin Mərkəzi Asiyanın unikal dini-memarlıq irsinin dünyada tanıdılmasına töhfə verəcək.

Konfransın əsas elmi istiqamətləri yeraltı məscidlərin memarlıq-tarixi əhəmiyyətinin və onların mühafizə statusunun araşdırılmasına, həmçinin müasir restavrasiya, qoruma və turizm yanaşmalarının tətbiqinə həsr olunacaq. Bu mövzular çərçivəsində alimlər və mütəxəssislər yeraltı məscidlərin dini-mədəni irsdə oynadığı rolu, onların qorunması və gələcək nəsillərə çatdırılması məsələlərini müzakirə edəcəklər.

Seçilən
10
2
publika.az

3Mənbələr