AZ

Azərbaycanın meşə fondu ərazilərində ağacəkmə aksiyaları təşkil olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə ölkənin meşə fondu torpaqlarında genişmiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri keçirilib.

Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının və müharibə iştirakçılarının iştirakı ilə Şirvan şəhəri, Lerik, Goranboy, Tovuz, Gədəbəy, Ağcabədi, Yevlax, Şabran, Qusar, Ağsu, Şəki, Zaqatala, Qəbələ və Qubadlı rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 20 mindən artıq müxtəlif cinsli ağac tingi əkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
8
azertag.az

9Mənbələr