AZ

Anım Günü ilə əlaqədar meşə fondu ərazilərində ağacəkmə aksiyaları...

27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə ölkənin meşə fondu torpaqlarında genişmiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri keçirilib.

Axar.az xəbər verir ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının və müharibə iştirakçılarının iştirakı ilə Şirvan şəhəri, Lerik, Goranboy, Tovuz, Gədəbəy, Ağcabədi, Yevlax, Şabran, Qusar, Ağsu, Şəki, Zaqatala, Qəbələ və Qubadlı rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 20 000-dən artıq müxtəlif cinsli ağac tingi əkilib.

Seçilən
5
8
axar.az

9Mənbələr