Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Oskar laureatı, ssenarist Aaron Sorkin 2010-cu ildə Facebook-un yüksəlişindən bəhs edən "Sosial şəbəkə" filminin yeni davamı olan "Sosial hesablaşma"nı yazıb rejissorluq edəcək.
Banco.az xəbər verir ki, “Sosial Şəbəkə”nin davamı “Sosial Hesablaşma”da sosial media nəhəngindən sızdırılan sənədlər üzə çıxacaq. Yeni filmdə şirkətin insanlardan daha çox mənfəəti ön plana çəkdiyi və nəticələri ictimaiyyətə açıqlanmayan araşdırmalar əks olunacaq.
Hadisələr 2021-ci ildə “Facebook”un on minlərlə daxili sənədini “The Wall Street Journal” qəzetinə açıqlayan keçmiş Facebook əməkdaşı Frensis Haugenin hekayəsi üzərində qurulub.
Keçmiş “Facebook” əməkdaşı Haugen Konqresdə verdiyi ifadəsində ingilis dili xaricindəki məzmunların moderasiyasına kifayət qədər resurs ayrılmadığını və bu səbəbdən “Facebook”un Efiopiyada etnik zorakılığı alovlandırdığını bildirib.
Mark Zukerberq rolunu əvvəllər canlandıran Cessi Ayzenberq geri dönməyəcək, onun yerinə daha soyuq və ciddi obrazı ilə Ceremi Stronq çəkiləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.