AZ

Bakı Beynəlxalq Avtovağzal Kompleksində 1 dəqiqəlik sükut FOTO (VİDEO)

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Vətən müharibəsinin başlanmasının 5-ci ildönümünü bir dəqiqləlik sükutla yad edilib.

"Unikal" xəbər verir ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı 2 908 hərbçimiz şəhid olub, 6 hərbçi isə itkin düşüb. Bu gün bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi yad edilir, onların qəhrəmanlıqları bir daha yada salınır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızı azad etdi. 44 günlük müharibə dövründə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, şücaət və fədakarlıq nümunəsi göstərdi. Onlar canları, qanları bahasına torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə apardılar. Xalqımız bir daha öz şəhidlərini yad edir, onları unutmur və unutmayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
unikal.az

1Mənbələr