AZ

“Qurban Qurbanovun burada nə işi var, gəlməsin”

"Qurban Qurbanov bura gəlməsin".

Bu sözlər Türkiyənin tanınmış idman şərhçisi Ertem Şenerə məxsusdur.

Teleaparıcı "Qarabağ"ın baş məşqçisini Super Liqada işləməyə dəvət edənləri tənqid atəşinə tutub.

Bildirib ki, azərbaycanlı mütəxəssis Türkiyə səviyyəsini çoxdan aşıb, o, artıq Avropanın böyük klublarında çalışmalıdır.

"Borussiya Dortmund", "İnter", PSJ, "Milan" kimi qitə nəhənglərinin adını çəkən E.Şener qeyd edib ki, Qurbanov getdiyi hər yerdə uğur qazanmağa bacarar.

Şərhçi onun öz vizyonunun olduğunu, bunun sayəsində "Qarabağ"da uzun illərdirişlədiyini, böyük zəfərlər əldə etdiyini vurğulayıb./Sportinfo.az/

Seçilən
4
2
turkustan.az

3Mənbələr