AZ

"Xalqımızın bütövlüyü və dövlətçiliyimiz hər şeydən üstün tutulmalıdır" - AĞ Partiyadan BƏYANAT

"27 sentyabr Azərbaycan xalqının yaddaşında milli həmrəyliyin, birlik və qürurun rəmzi olaraq əbədiləşib. Bu gün Vətən müharibəsinin başlanğıcı kimi işğal altındakı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini anmaqla yanaşı, xalqımızın milli iradəsinin və dövlətimizin gücünün təcəssümü kimi tarixə yazılıb".

Musavat.com xəbər verir ki, bu barədə AĞ Partiyanın 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanatında deyilir.

Partiya öz bəyanatında bildirir ki, şəhidlərimizin müqəddəs xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onların canları və qanları bahasına qazandığımız zəfər gələcək nəsillərə örnək olacaq:

"Biz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı və uzun ömür arzulayırıq. Qəhrəmanlarımızın valideynlərinin müqəddəs əllərindən ehtiramla öpür, onların fədakarlığı qarşısında baş əyirik.

ANİMM.jpeg

Bu gün xalqımız təkcə 44 günlük Vətən müharibəsinin başlanğıcını deyil, eyni zamanda əsrlər boyu davam edən azadlıq, ədalət və milli haqlar uğrunda mübarizə iradəsini də yad edir. 27 sentyabrda başlayan savaş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün atılmış ən qətiyyətli addım oldu. Bu iradə həm döyüş meydanında, həm də siyasi müstəvidə xalqımızın sarsılmaz gücünü nümayiş etdirdi".

Ağ Partiya hesab edir ki, şəhidlərimizin və qazilərimizin fədakarlığı yalnız hərbi zəfərlə yekunlaşmamalıdır:

"Bu qələbə üzərində güclü, ədalətli və milli dəyərlərə söykənən bir dövlət qurmaq hamımızın borcudur.

Dövlətimizin möhkəmlənməsi, xalqımızın rifahı və gələcək nəsillərin daha güclü, daha azad bir Azərbaycanda yaşaması üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik".

Ağ Partiya bir daha bəyan edir ki, ümummilli məsələlərdə siyasi maraqlar hər zaman ikinci planda qalmalı, xalqımızın bütövlüyü və dövlətçiliyimiz hər şeydən üstün tutulmalıdır:

"Bu qələbədə özlüyündə məhz siyasi camianın da ümummilli həmrəyliyə qoşulması və siyasi maraqlarını kənara qoyması böyük rol oynayıb.

Allah şəhidlərimizə rəhmət eləsin! Allah qazilərimizi və xalqımızı qorusun!"

Musavat.com

Seçilən
19
50
musavat.com

10Mənbələr