AZ

Ukrayna miqrantlara möhtac qalıb Hökumətin bu qərarı şirkətlərə baha başa gəlir

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bir ay əvvəl Ukrayna Nazirlər Kabineti 18-22 yaşlı ukraynalı kişilərin xaricə getməsinə icazə verib. Beləliklə, üç ildən artıq müddətdə ilk dəfə olaraq gənclər ölkəni maneəsiz tərk edə bildilər.

“AzPolitika” xəbər verir ki, “BBC”-nin məlumatına görə, bu qərar artıq Ukrayna əmək bazarına və biznesə təsir edib.

Belə ki, Ukraynadakı şirkətlərin üçdə birindən çoxu artıq işçi itkisi ilə üzləşib. Böyük müəssisələr (1000-dən çox işçisi olan) xüsusilə ağır zərbələrə məruz qalıb, ən çox işdən çıxarılma pərakəndə satış, qida və mehmanxana sektorlarında qeydə alınıb. Qeyd olunur ki, gənclərin çoxu artıq Ukraynadan getməyə hazırlaşır. Oxşar mesajlar hər gün sosial mediada görünür. Gənclər davam edən raket və PUA hücumlarından qurtulmaq, həmçinin təhsil və ya iş üçün tərk etməyə üstünlük verirlər.

Ekspertləri qeyd edirlər ki, əksər şirkətlər səfərbərliyə məruz qalmayan 25 yaşdan kiçik gənclərə güvənirlər. İndi şirkətlər ya prosesləri avtomatlaşdırmağa, ya da veteranları, qadınları, hətta əcnəbiləri işə götürməyə məcburdurlar. Ukrayna artıq Hindistan və Banqladeşdən işçilər dəvət edir. Lakin onların da işə qəbul prosesi altı aya qədər vaxt aparır. Kiçik biznes sahibləri də kadr böhranından danışırlar.

Ukrayna Demoqrafiya İnstitutunun məlumatına görə, Ukraynada 18-22 yaşlı təxminən 700.000 kişi var, lakin faktiki olaraq onların cəmi 200.000-300.000 nəfəri işləyir. Bu, iqtisadi fəal əhalinin 2-3%-ni təşkil edir, ona görə də ekspertlər hesab edirlər ki,bu prosesin iqtisadiyyata kritik təsir olmayacaq. Ən böyük risk aşağı ixtisaslı işçilərin itirilməsidir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
azpolitika.info

1Mənbələr