AZ

ECB rəqəmsal avroya doğru hərəkət edir

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) rəqəmsal avronun potensial tətbiqlərini araşdırmaq üçün gələn il yeni təcrübələrin aparılacağını açıqlayıb.

Banco.az xəbər verir ki, ECB-nin açıqlamasında bankın avronun rəqəmsal versiyasına dair layihəsini davam etdirdiyi bildirilib.

Bu çərçivədə gələn il rəqəmsal avronun potensialını araşdırmaq məqsədilə sahibkarlar, fintek şirkətləri, startaplar, universitetlər, banklar və digər ödəniş xidməti təminatçıları ilə birlikdə platforma vasitəsilə ikinci bir sınaq turu keçiriləcəyi, daha ətraflı məlumatın isə 2026-cı ilin ilk yarısında veriləcəyi qeyd olunub.

ECB rəqəmsal avro innovasiya platformasının ilk sınağının nəticələrini də açıqlayıb.

Təxminən 70 bazar iştirakçısının qatıldığı sınaq göstərib ki, əvvəlcədən müəyyən olunmuş şərtlər yerinə yetirildikdə avtomatik həyata keçirilən şərtli ödənişlər yeni inkişaflara yol aça bilər.

Məsələn, onlayn alış-verişlərdə alıcı məhsulun çatdırılmasını təsdiqlədikdən sonra vəsait satıcıya köçürülə bilər ki, bu da daha çox istehlakçı müdafiəsi deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
banco.az

2Mənbələr