ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan razılaşma Cənubi Qafqazda illərdir davam edən münaqişənin diplomatik yolla həllinə ümid yaradıb”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranda yayınlanan “Tejarat News” saytında dərc edilmiş məqalədəndir.
Müəllif yazır ki, “Tramp marşrutu” kimi tanınan regional dəhlizin təsdiqi ilə Azərbaycan üçün strateji tranzit imkanları genişlənib.
Amma sayt dərc etdiyi məqalədə ABŞ üçün əsas problemin Gürcüstan olduğunu qeyd edib. “ABŞ üçün əsl sınaq nöqtəsi Azərbaycan və Ermənistan deyil, Gürcüstandır. Gürcüstan Cənubi Qafqazın əsas enerji və ticarət dəhlizlərinin keçdiyi strateji mərkəzdir. Amerikanın yeni reallığa uyğun olaraq Gürcüstanla münasibətlərdə sərt addımlar atması, eyni zamanda Azərbaycan və Ermənistanla əməkdaşlığı dərinləşdirməsi tələb olunur. Əks halda, Cənubi Qafqazdakı sülh təşəbbüsü dərin geosiyasi boşluqla əvəz oluna bilər – bu da Moskva və Pekinin strateji qələbə qazanması deməkdir”.
Fərda Uğur