AZ

Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha 9,4 milyon manat ayrılıb

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsiişləri davam etdirilir.

Trend-inməlumatına görə, bu işlərin davamı kimi Azərbaycan RespublikasınınMinatəmizləmə Agentliyi (ANAMA) daha bir neçə yerli və xaricişirkətlərə əməkdaşlığa başlayır.

Belə ki, azad edilmiş ərazilərin mina və partlamamış hərbisursatlardan təmizlənməsi xidmətləri üzrə ANAMA ilə "Safe Point"Qapalı Səhmdar Cəmiyyəti (QSC), "Azerbaijan Demining Company"Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və "Alphademining" MMC arasındamüvafiq razılıq əldə edilib və müqavilələr bağlanılıb.

Məlumata əsasən, görüləcək işlərin ümumi dəyəri 9,4 milyon manathəcmindədir.

Qeyd edək ki, işlərin həvalə olunduğu hər üç şirkət 2021-ci ildədövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 2 min manat olan "Safe Point" QSC-nin qanunitəmsilçisi Ömərov Vahid Cabir oğludur.

Nizamnamə kapitalı 100 manat olan "Azerbaijan DeminingCompany"nin MMC-nin qanuni təmsilçisi Məmmədov Kamran Nadiroğludur.

Nizamnamə kapitalı 100 manat olan "Alphademining" MMC-nin qanunitəmsilçisi Cəfərov Hüseyn İsa oğludur.

Seçilən
11
5
az.trend.az

6Mənbələr