AZ

Restoran seçmək üçün əsas QAYDALAR

ain.az, Lent az portalına istinadən məlumat verir.

Çoxlu turistlər üçün səyahətin əsas cazibələrindən biri yerli mətbəxi dadmaqdır. Lakin bu zaman yüksək qiymətlər, zəif xidmət və ya keyfiyyətsiz yeməklərlə qarşılaşmaq riski də var.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

Restoran seçərkən nəyə diqqət etmək tazımdır?

Lüks kruizlər və qastronomiya üzrə ekspert Məryann Sparks turistlərə dəyərli məsləhətlər verib. Onun sözlərinə görə, keyfiyyətli restoranın əsas əlamətlərindən biri əl ilə yazılmış menyudur. Bu, təzə və mövsümi məhsullardan istifadə edildiyini göstərir.

Əgər menyu ingilis dilində çap olunub, laminasiya edilib və yeməklərin şəkilləri ilə doludursa, bu, daha çox turistlər üçün hazırlanmış kommersiya məkanına işarə edir.

Turist mərkəzlərindən uzaqlaşın

Sparks bildirir ki, əsl qastronomik incilər adətən turistlərin sıx olduğu mərkəzi küçələrdə və meydanlarda yerləşmir. Bu ərazilərdəki yeməklər çox vaxt xarici zövqlərə uyğunlaşdırılır. Əvəzində bir qədər kənara çıxmaq və yerli sakinlərin nahar etdiyi məkanlara üstünlük vermək tövsiyə olunur.

“Günün yeməyi” və yerli dadlar

Regionun əsl dadını hiss etmək üçün “günün yeməyi” sifariş etmək tövsiyə edilir. Bu yeməklər mövsümi məhsullar və yerli kulinariya ənənələrini əks etdirir. Sadə, kənd üslubunda interyer və yerli şərab siyahısının olması da yaxşı göstəricidir.

Yerli sakinlərdən soruşmaq

Ekspertin digər məsləhəti isə utanc keçirmədən yerli insanlardan tövsiyə istəməkdir. Şəhərini yaxşı tanıyan insanlarla nəzakətli söhbət əslində turistlərin tez-tez gözdən qaçırdığı restoranlara gedən yolun açarı ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
lent.az

1Mənbələr