AZ

Ukraynada atışma: Federasiya prezidenti öldürüldü

Ukraynanın Krivoy Roq şəhərində atışma baş verib. Hadisə zamanı yerli Sambo Federasiyasının prezidenti Yevgeni Ponırkonun həlak olduğu bildirilir.

Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın "24" telekanalı Dnepropetrovsk vilayətinin polisinə istinadən məlumat verib.

"Krivoy Roqun Pokrovski rayonunda qətl hadisəsi baş verib. Qətlin qurbanı yerli Sambo Federasiyasının prezidenti Yevgeni Ponırko ola bilər. Daha bir nəfər yaralanıb", - deyə telekanalın saytında yerləşdirilən məlumatda qeyd edilib.

Şahidlər yeddi atəş səsi eşitdiklərini deyiblər. Yaralanan kişi isə xəstəxanaya yerləşdirilsə də, vəziyyəti ilə bağlı təfərrüat məlum deyil.

Hadisə yerinə əməliyyat-istintaq qrupu və ekspertlər gəlib.

Atəş açanın şəxsiyyəti hələ müəyyən edilməyib və şəhərdə operativ "Siren" planı elan edilib. Dnepropetrovsk Vilayət Prokurorluğu qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açıldığını elan edib.

Eyni zamanda, Dnepropetrovsk vilayətinin polisi öz "Telegram" kanalında paylaşım edib.

"Krivoy Roq polisi Pokrovski rayonunda baş verən qətl hadisəsi yerində işləyir.

İlkin məlumata görə, naməlum şəxs yerli sakinə atəş açıb. Kişi aldığı yaralardan yerindəcə həyatını itirib. Daha bir nəfər yaralanıb.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində ilkin istintaq tədbirləri davam etdirilir", - deyə paylaşımda bildirilib.

Seçilən
21
2
bakivaxti.az

10Mənbələr