AZ

“Araz Naxçıvan” Şamaxı səfərində - CANLI YAYIM

Premyer Liqada VI tur davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.

Əvvəlcə “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Hazırda “Şamaxı” 5 xalla 9-cu pillədə qərarlaşıb.

Naxçıvan təmsilçisi isə 10 xalla dördüncüdür. Elmar Baxşıyevin komandası bu görüşdə qələbə qazansa, zirvəyə yüksələcək.

Günün ikinci matçında “Neftçi” öz meydanında “Karvan”ı sınağa çəkəcək. Ötən tur qələbə həsrətinə son qoyan paytaxt təmsilçisi hazırda 6 xalla 8-ci, Yevlax klubu isə 4 xalla 11-ci pillədə qərarlaşıb.

15:30. "Şamaxı" – "Araz-Naxçıvan" 0:0
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı şəhər stadionu

19:00. "Neftçi" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
“Neftçi Arena”

Seçilən
1
sportinfo.az

1Mənbələr