AZ

Zelenski bu dəfə uzaqmənzilli raketlər istəyir

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya ilə Ukrayna arasında davam edən şiddətli qarşıdurmalar fonunda Prezident Zelenskinin ABŞ-dən uzunmənzilli raket qadağasının ləğvini və yeni raketlərin tədarükünü tələb etməsi dünya gündəminə bomba kimi düşüb.

"Cebheinfo.az" The Wall Street Journal”a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə hücumlarında ABŞ istehsalı olan uzunmənzilli silahlardan istifadə qadağasının aradan qaldırılmasına müsbət yanaşdığını bildirib.

Qeyd olunur ki, 23 sentyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşdə bu məsələ müzakirə olunub.

İddialara görə, Zelenski görüş zamanı Trampdan 2 500 km-ə qədər mənzilə malik “Tomahawk” qanadlı raketlər də daxil olmaqla daha çox uzunmənzilli raketlərin tədarükünü və bu silahların Rusiya sərhədləri daxilindəki hədəflərə qarşı istifadə edilməsinə icazə verilməsini istəyib. Tramp bu fikrə qarşı çıxmayıb, lakin konkret öhdəlik götürməkdən çəkinib.

Bildirilib ki, Ağ Ev “Tomahawk” qanadlı raketləri də daxil olmaqla uzunmənzilli silah variantlarını nəzərdən keçirir, lakin hələlik yekun qərar verilməyib.

Gələn həftə Vaşinqtona səfər edəcək Ukrayna nümayəndə heyətinin Müdafiə naziri Pit Hegseth və onun müavini Elbric Kolbi ilə Rusiyaya qarşı hücum icazələri də daxil olmaqla müdafiə ehtiyaclarını müzakirə edəcəyi bildirilir.

Hesabatda xüsusilə Pentaqon daxilindəki rəsmilərin Ukraynanın Rusiya ərazisinə hücum etməsinə icazə verilməsi məsələsində ehtiyatlı olduqları vurğulanır.

Müdafiə Nazirliyinin bürokratları bu cür hücumların müharibənin daha da alovlanmasına səbəb ola biləcəyindən narahatdırlar və bu səbəbdən yaz aylarından bəri “ATACMS” raketlərinin buraxılmasına icazə verməyi blokladıqları iddia olunur.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr