AZ

Bütün Gürcüstanın danışdığı toy: Məşhur “qanuni oğru”nun oğlu evləndi, özü isə...

Bütün Gürcüstan Mtsxeta şəhərindəki Marani zalında baş tutan toydan danışır.

Publika.az xəbər verir ki, məşhur “Qanuni oğru” Tariel "Taro" Onianinin oğlu Uşba-Buba Onianinin toyu olub. Geniş miqyaslı şənliyə 500-dən çox qonaq gəlib. Lakin bəyin atası orada olmayıb.

Toy əzəmətli Svetitskhoveli Katedralində baş tutub. Uşba gəlinin qarşısına ənənəvi gürcü çuxasında çıxıb. Gəlin, rus əsilli Maşa (Məryəm) isə hündür dekolteli ağ paltar seçib, sonradan daha yüngül paltara keçib.

Elə ilk dəqiqədən qonaqları gürcü mahnılarının sədaları qarşılayıb. Axşam saatlarında gürcü estradasının ulduzları Nino Çxeidze və “Şvidkatsa” ansamblı, Nini Karseladze və “Kuçis Biçebi” səhnəyə çıxıblar.

Rusiyadan çoxsaylı qonaqlar, o cümlədən məşhur müğənni Valeri Meladzenin qızı Sofiko Meladze də toyda olub.

Bayram əhval-ruhiyyəsinə baxmayaraq, qonaqlar bəyin həyatında ən vacib şəxsin – atası Tariel Onianinin yoxluğunu hiss ediblər.

Səbəb qanuni məhdudiyyətlərdədir: 2019-cu ildə Rusiya həbsxanasından çıxandan sonra ona Rusiyaya giriş qadağan edilib, sonra isə çirkli pulların yuyulmasında ittiham edilərək İspaniyaya ekstradisiya edilib. KİV-in məlumatına görə, Tariel Oniani hazırda İspaniyada yaşayır.

Uşba və bacısı Qvantsa uşaqlıqlarını Paris və Barselonada keçirib. Bəy Londondakı Britaniya Beynəlxalq Məktəbini, sonra isə Cass Biznes Məktəbini bitirib.

Mətbuatda yazılanlara görə, o, ailə biznesini idarə etməkdə davam edir. Onun xaricdə təhsil almış həyat yoldaşı Maşa səyahəti sevməsi və aktiv həyat tərzi ilə tanınır.

Tural

tarot1.jpg

Seçilən
7
1
publika.az

2Mənbələr