"İmişli" Misli Premyer Liqasının 6-cı turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Bölgə təmsilçisinin müdafiəçisi Dioqo Rolla matçdan sonra Sportal.az saytına açıqlama verib. "İmişli"nin qolunun müəllifi mövsümün ən çətin oyununu keçirdiklərini bildirib:
“Liqanın ən güclü komandalarından birinə qarşı çox gərgin oyun keçirdik. Mənim fikrimcə, bu, mövsümün ən çətin qarşılaşması oldu. Müdafiədə etibarlı çıxış etdik və şükürlər olsun ki, bizə son dərəcə vacib bir xalı təmin edən qolu vurmağı bacardıq.”
saytlarin hazirlanmasi