AZ

27 Sentyabr Anım Günü Daşkəsəndə də qeyd olunub

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sentyabrın 27-də Daşkəsəndə Anım Günü münasibətilə rayonun 2000-dən çox sakini gün ərzində Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub.

İcra başçısı Orxan Abbasov ümumrayon tədbirində nitq söyləyib. O, çıxışında deyib:

– Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Vətən müharibəsinin başladığı sentyabrın 27-si tarixi Anım Günü kimi Azərbaycanın bütün ərazi, bölgələrində, şəhər və rayonlarında, o cümlədən Daşkəsən rayonunda qeyd olunur. Vətən müharibəsinin 5-ci ildönümünü qeyd etdiyimiz bu Anım Günündə Şəhidlərimizin ruhuna dualar oxunur, onların əziz xatirəsi ehtiramla yad edilir.

Unudulmaz tarixi qəhrəmanlıq göstərən şəhidlərimizə Allah rəhmət eləsin!

Vətən torpağı uğrunda şəhid olanların valideynləri qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla torpaqlarımızın erməni faşizmindən azad edilməsi uğrunda mübarizəyə başlayan Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində igidlik, mərdlik, böyük qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu, şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi¬-siyasi diplomatiyası qarşısında diz çökdü. Bu tarixi zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin memarı olduğu Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə bütün sahələr üzrə böyük uğurla həyata keçirdiyi inkişafın, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir.

Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməmiş, həm də milli qürurunu, milli ləyaqətini bərpa etmiş, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşmişdir. Prezident cənab İlham Əliyev 2021-ci ilin 27 sentyabr tarixində xalqa etdiyi müraciətində demişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Birinci Böyük Qayıdış proqramının uğurla icra edildiyi Qarabağ və Şərqi Zəngəzur Azərbaycan xalqı üçün daha arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, fədakar qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, bütün şəhidlərimizə daşkəsənlilər adından sonsuz minnətdarlığımızı dərin ehtiramla bildiririk.

Vətən müharibəsində sərhəd bölgəsində yaşayan igid daşkəsənlilər də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə fəal iştirak etmiş, yüzlərlə gəncimiz qəhrəmancasına vuruşmuş, şücaət göstərmiş, onlardan 34 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə şəhidlərimiz çoxsaylı orden və medallarla təltif olunmuşlar. Rayonumuzda bütün sahələr üzrə görülən işlərə, o cümlədən şəhid ailələrimizə, qazilərimizə göstərilən yüksək diqqət və qayğıya, həssas münasibətə görə bütün daşkəsənlilər adından ölkə rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-¬prezident hörmətli Mehriban xanım Əliyevaya bir daha minnətdarlığımızı bildiririk.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Birinici və İkinci Qarabağ müharibələrinin şəhidlərinin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Sonra icra başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər şəhid məzarlarına gül düzüblər, ruhlarına və xatirələrinə dərin hörmət və ehtiram ifadə ediblər.

Rayon rəhbəri Orxan Abbasov həmçinin rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Saat 12:00-da rayon ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. “İlkin” mərasim sarayında keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin, eləcə də ondan sonrakı dövrlərdə həlak olmuş şəhidlərin ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov çıxışında bildirib ki, Vətən uğrunda canından keçmiş hər bir şəhidimiz – bizim qürurumuz, mənəviyyatımızın zirvəsidir. Onların göstərdiyi misilsiz qəhrəmanlıq bütün Azərbaycanın yaddaşına, qəlbinə həkk olunub. Bu gün biz bu süfrədə yalnız bir araya gəlməmişik – bu süfrə həm də birliyin, vəhdətin, şəhidlərimizin xatirəsinə sonsuz hörmətin rəmzidir.

Ehsan mərasimində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda edən Vətən oğullarının və qızlarının ruhuna Quran surələri oxunub və əziz xatirələri ehtiramla anılıb.

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
50
icma.az

10Mənbələr