AZ

Astarada leysan nəticəsində suyun səviyyəsi 1 metrə çatıb, 33 nəfər təxliyə olunub

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən gecədən cənub bölgəsində başlayan intensiv yağışlar Astara rayonunun Ərçivan qəsəbəsində fəsadlar törədib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəsəbənin bəzi yerlərində suyun səviyyəsi 1 metrə çatıb.

Əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri və DİN-in əməkdaşları cəlb olunub. Ərazidə qərargah yaradılıb. Görülən tədbirlər nəticəsində bu saata kimi evlərdən 33 nəfər təxliyə olunub. Təxliyə prossesinə 59 nəfər şəxsi heyət, 9 texnika və 1 qayıq cəlb olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
6
apa.az

7Mənbələr