AZ

III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçisi finala yüksəlib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə fərdi yarışlara start verilib.

Operativ Media xəbər verir ki, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan təmsilçilərindən qızlar arasında Yağmur Məmmədli və Mərziyə Nurmətova qüvvələrini sınayıblar.

Onlar yarımfinalda müvafiq olaraq, Amina İlımbetova (Rusiya) və Məftunə Qulimova (Özbəkistan) qarşılaşıblar.

Rəqibini hər üç setdə məğlub edən M. Nurmətova finala yüksəlib. Y. Məmmədli isə 3:1 hesabı ilə məğlub olub.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.

Seçilən
24
7
operativmedia.az

10Mənbələr